Təlim ərzində Excel vasitəsilə məlumatları təmizləmək və təhlil üçün sadə və irəli səviyyə funskiyalar yazmağı, filtr etməyi, formatını dəyişməyi, bir neçə excel sənədindən vahid mənbə kimi istifadə etməyi, irəli səviyyə vizual daşbordlar qurmağı, makroslar yazmaqla əməliyyatları avtomatlaşdırılması və cədvəllər üzərində digər əməliyyatları çox sadə və praktiki şəkildə öyrənəcəksiniz. Bu da sizə məlumatlar üzərində hesablamalar aparmağa, gündəlik, həftəlik, aylıq hesabat və analizlərin hazırlanması prosesini optimallaşdırmağa kömək edəcək. Təlim daha əvvəl heç bir Excel təcrübəsi olmayan insanların belə rahatlıqla anlayacağı və təcrübəli excel pəşəkarlarının xeyli sayda yeni praktiki data təhlili üsullarını öyrənə biləcəyi formada hazırlanıb.
Bu təlimdə siz, sadədən mürəkkəbə Excelin ən çox istifadə olunan xüsusiyyətlərini tətbiq etməklə datanın necə analiz olunmasını öyrənəcək, Pivot cədvəllərlə asan, cəld və daha ətraflı təhlil edərək datadan mənalı nəticələr əldə edə biləcəksiniz. İşlədiyiniz sahədən (marketinq, satış, maliyyə, İR və ya digər) asılı olmayaraq Excel vasitəsilə sadə cədvəllərdən mürəkkəb və dinamik daşbordlara kimi datanızı vizuallaşdıra və müxtəlif modellər (məs. satış proqnozu) qura biləcəksiniz. Bundan əlavə “what if” analizi aparmaq, Pivot Cədvəlləri ilə işləmək, Power Query və makroslarla təkrarlanan əməliyyatlarınızı avtomatlaşdırmaq, Excelin ən çox istifadə olunan funksiyaları istifadə etməklə müəsisənizdə datanı asanlıqla təhlil edərək sürətli qərarlar verə biləcəksiniz. Təlim müddətində bütün mövzular sizə rahat anlaşılacaq praktiki çalışmalar üzərində izah olunacaq. Əlavə olaraq təlimdə təqdim olunan keyzlər vasitəsilə, öyrəndiyiniz bilikləri müxtəlif biznes dataları üzərində tətbiq edərək Excel ilə analitika bacarıqlarınızı inkişaf etdirəcəksiniz.
Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək.
Yeni başlayanlar üçün Excel
Kenji Explains
Bu videonu izlədikdə Excel ilə Data Analitikası haqqında baza məlumatlara sahib olacaqsınız. Video Kenji Explains tərəfindəndir.
Sessiya 1
Data tipləri
Filtrləmə. Referanslar : Sorting, Filtering, Custom list, Consolidate funksiyaları
Excel ilə data manipulyasiyası
Datanın təmizlənməsi. Data validation, Text to column, Removing duplicates,
Qrafiklərin qurulması
Case Study 1
Satış datası üzərində hesablama, vizuallaşdırma və təhlil əməliyyatları
Sessiya 2
Şərti formatlama
İrəli səviyyəli excel funksiyaları
Şərti ifadələr: İf, and, or, xor, not ifs, Nested ifs, Switch
Mətn funksiyaları: ext, concat, trim, clean, left, mid, right, len, find, char, code, base, substitute
Excel Sənədinin mühafizəsi
Excel Sənədləri arasında naviqasiya
Case Study 2
Maliyyə datasında şərti formatlama, filtr, mətn manipulyasiyası və dinamik axtarış əməliyyatları aparmaq.
Sessiya 3
İrəli səviyyə filtrləmə əməliyyatları,
Makro ilə Dinamik Filtrləmə,
Sadə Lookup və Referans funksiyaları: Choose, Lookup, Vlookup,Hlookup
İrəli səviyyə Lookup və Referans Funksiyaları: İndirect, Xlookup, Xmatch, Adress, Offset
Formula Audit: Trace Dependents, Trace Precedents, Show Formula, Xəta yoxlama
Case Study 3
Supermarket datasında makro, dinamik filtrləmə və irəli səviyyə lookup funksiyaları ilə analiz.
Sessiya 4
Tarix funksiyaları: day, month, year, eomonth, datedif, workday, networkdays
Riyazi funksiyalar: round, aggregate, min, max, small, large, subtotal
Excel Cədvələri: cədvəlin yaradılması, formatı, modifikasiyası, filter və sort edilməsi
Case Study 4
HR datasında tarix və riyazi funksiyalardan istifadə etməklə məzuniyyət cədvəllərinin yaradılması və təhlili
Sessiya 5
Pivot Table ilə data analizi: Pivot Table ilə data formatlama, sorting, filtering, qruplaşdırma, calculated values və fields
Pivot chart ilə vizuallaşdırma: Slicer və Timeline,
İrəli səviyyə dasbhoard qurulması texnikaları: Formulalar ilə qrafiklər, Slicer və form nəzarəti
Case Study 5
Maliyyə datası üzrə gəlir və xərc üzrə dashboardun qurulması
Sessiya 6
Power Query ilə data əməliyyatları: Get data, merge və append data funksiyaları
Power Query Funksiyaları: M dili, İrəli səviyyə şərti məntiq, məxsusi (custom) funksiyaların yaradılması
Case Study 6
Bank datasında Power query ilə data emalı və avtomatlaşdırma
Sessiya 7
Exceldə makro yazmaq və icra etmək
VBA ilə makro yazmaq
İstifadəçi düymələri və qısayollarla makro işə salmaq
Makro performansını artırmaq və səhvləri düzəltmək
Case Study 7
Satış Məlumatlarının Avtomatik Analizi: Excel Makroları ilə Prosesi Sürətləndirmək