Training image

SQL ilə Data Analitikası

Təlim ərzində SQL vasitəsilə məlumatı bazadan çəkmək üçün sorğu yazmağı, filtr etməyi, formatını dəyişməyi, bir neçə mənbədən vahid mənbə kimi istifadə etməyi və databaza üzərində digər əməliyyatları çox sadə və praktiki şəkildə öyrənəcəksiniz. Bu da sizə məlumatlar üzərində hesablamalar aparmağa, gündəlik, həftəlik, aylıq hesabat və analizlərin hazırlanması prosesini optimallaşdırmağa kömək edəcək. Təlim daha əvvəl heç bir proqramlaşdırma təcrübəsi olmayan insanların belə rahatlıqla anlayacağı formada hazırlanıb.

Təlimlər oflayn (ofisdaxili) və onlayn formada keçirilir.

Təlim Cədvəli

SQL ilə Data Analitikası

14 Sentyabr
13:05-16:00 Azərbaycan Saatı

SQL for Data Analytics

14th of September
10:05-13:00 United Kingdom Time

SQL für Datenanalyse

14 September
11:05-14:00 Deutsche Zeit

SQL для анализа данных

14 сентябрь
12:05-15:00 Русское время
Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin! KLASTER KAMPANİYASI

Təlim haqqında məlumat

Əksər müəssisələrdə iri həcmli məlumatlar üzərində əməliyyatlar aparmaq üçün Excel kimi proqramlardan istifadə olunur ki, bu da bir çox hallarda xeyli vaxt alır və bəzən isə proqramın bu əməliyyatları yerinə yetirməyə sadəcə olaraq gücü çatmır. Kursun məqsədi bu kimi vaxt alan proseslərin bu iş üçün daha uyğun olan SQL vasitəsilə daha effektiv və daha az vaxt ərzində həyata keçirilməsini təmin etməkdir. Təlim nəticəsində SQL-i istifadə etməklə siz hesabatları hazırlamaq, lazımı məlumatı görüntüləmək, bazadan çəkmək, qeydləri əlavə etmək, silmək, redaktə etmək bacarıqlarını qazanacaqsınız. Bu təlim, iştirakçılara mürəkkəb biznes hesabatlarının nəticələrini dəyişməyə, hesabatları yekunlaşdırmaq üçün məlumatları idarə etməyə və eyni zamanda yeni data modelini qurmağa kömək edəcəkdir.

Bu təlim kimlər üçündür?

Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analitikasını öyrənən və bu sahəyə marağı olanlar, mürəkkəb biznes məsələlərinə cavab axtaran və hesabat hazırlayanlar, biznes sahibləri, şirkəti daha yaxşı anlamaq istəyən satış və ya marketinq üzrə çalışanlar, data cədvəllər və ya databaza ilə işləyənlər, Big Data və data analitikasının fundamental biliklərini öyrənmək istəyənlər, Microsoftun databazasından istifadə edən təşkilatlar, marketinq, maliyyə, mühasibatlıq, əməliyyatar, satış, istehsal, tibb, maliyyə və ya digər istənilən sənaye sahəsində işləyən mütəxəssislər və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs və data science karyerası qurmaq istəyən hərkəs.

Sertifikat

Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified SQL for Data Analytics və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək.Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.

Certificate
Nümayiş dərsi

4 saatda SQL öyrənin!

Dərs

SQL ilə Data Analitikası tutorial

Təlimçi

Luke Barousse

Məlumat

Bu əhatəli video dərsliyi ilə məlumatları səmərəli şəkildə əldə etməyi, filtr etməyi və formatlaşdırmağı, bir neçə məlumat mənbəyini birləşdirməyi və verilənlər bazasında vacib əməliyyatlar aparmağı 4 saatdan az bir müddətdə öyrənin. Yeni başlayanlar və peşəkarlar üçün nəzərdə tutulub. Video Luke Barousse tərəfindən.

Sillabus

Sessiya 1

  • Vərilən nədir? Relyasiyali verilənlər bazası nədir?
  • SQL nədir və niyə öyrənməliyik?
  • SQL Data tipləri
  • SQL əməliyyatları (DDL, DML , DCL , TCL)
  • Datanın verilənlər bazasından seçilməsi və filtr edilməsi(SELECT, FROM, WHERE, TOP, DISTINCT, =, , LIKE, BETWEEN, AND, OR, ORDER BY)

Case Study 1

“Insan Resursları” data bazasında verilənlərin filtr edilməsi.

Sessiya 2

  • NULL anlayışı və NULL'larla davranış
  • Datatype'ların konvertasiyası, Müqayisə Funksiyaları
  • Tək sətir funksiyalarının tətbiq olunması(Substr, Nvl, Length, Decode, Case və s.)
  • Riyazi əməliyyatlar və funksiyalar (Sum,Count, Average və s.)
  • Group by və Having-in tətbiqi

Case Study 2

Real Biznes Databazasında Məlumatların Aqreqatlaşdırılması və Sıralanması

Sessiya 3

  • Eyni anda bir neçə cədvəldən məlumat çıxarılması, JOIN operatoru(JOIN, LEFT JOIN, RIGHT JOIN, CROSS JOIN, FULL JOIN)
  • Set Operatorları- müxtəlif sorğuların nəticələrinin bir nəticədə birləşdirilməsi. 
  • Alt sorğular- İç-içə select sorğularının işlədilməsi

Case Study 3

“İnsan Resursları” verilənlər bazasındakı cədvəllərin birləşdirilməsi.

 

Sessiya 4

  • SQL – də Constraintlər və onların tətbiqi
  • DDL (Verilənlərin Təyin Olunması) və DML (Verilənlərin Emal Edilməsi) əməliyyatları
  • Analitik funksiyalarla (lead, lag və s.) tanışlıq və onlardan istifadə  


Case Study 4

Maliyyə Databazasında Məlumatların analizi və geri alınması.

 

Təlimçilər

Trainer

Behruz Qasimov

Məlumatların keyfiyyəti və təminatının idarə edilməsi üzrə baş mütəxəssisç Pasha Bank

Peşəkar təlimçimiz Bəhruz Qasımov hal-hazırda “Paşa Bank”da “Məlumatların keyfiyyəti və təminatının idarə edilməsi” üzrə baş mütəxəssis olaraq çalışır. Həmçinin, TuranBank ASC, Yapı Kredi Bank Azərbaycan, Unibank kimi şirkətlərində data sahəsində çalışıb və 14 ildən artıq professsional iş təcrübəsinə malikdir.

Sessiyalar

SQL ilə Data Analitikası

14 Sentyabr
400 AZN 400 AZN

SQL for Data Analytics

14th of September
400 AZN 400 AZN

SQL für Datenanalyse

14 September
400 AZN 400 AZN

SQL для анализа данных

14 сентябрь
400 AZN 400 AZN

Klaster kampanyasına qeydiyyatdan keçərək daha çox qənaət edin!

Öz klasterini seç

Data Analitika

Beginner to Intermediate

Data Science

Beginner to Intermediate
Advanced
0 AZN