Data Təhlilin Süni İntellekt və Proqramlaşdırma bacarıqları ilə avtomatlaşdırılması üçün ən populyar dillərdən biri məhz Python-dur. Təlim data analitiklər üçün proqramlaşdırma, alqoritm qurma mövzusunda baza bilikləri formalaşdırır. Daha sonra təməl analitika kitabxanalarını istifadə etməklə siz datanı təmizləməkdən təhlilinə qədər onlarla metodologiyaları öyrənəcəksiniz. Tədris müddətində əhatə olunan mövzuları real datalar üzərində təhlillər aparmaqla tətbiq edəcəksiniz. Nəticədə siz həm proqramist kimi alqoritmik düşüncə qabiliyyətinə yiyələnəcək, həm də data analitik kimi datadan istifadə etməklə qərar verməyi öyrənəcəksiniz.
Data analitikası yığılmış məlumatlardan əhəmiyyətli məna çıxarmaq prosesidir. Son illərdə texnoloji yeniliklər (sosial şəbəkələr, e-ticarət layihələri, əşyaların interneti (internet of things) və s.) data artımına səbəb oldu. Data artımı isə öz növbəsində süni zəka sahəsində yeniliklər, özünü idarə edən maşınlar, səhiyyənin inkişafı, iqtisadiyyatda proqnozlar, əyləncə sektorunda daha dəqiq təkliflər və s. kimi bir sıra texnoloji inqilablara yol açır. Təlimdə Python-da data tipləri və funksiyalar, RegEx, OOP prinsipləri, "data mining", Numpy ilə matrislərin tədqiqi, Pandas ilə data manipulyasiyası, Scipy ilə korrelyasilar, Ehtimal paylanmaları, "outlier"ların tapılması, Matplotlib ilə vizualizasiyaya giriş, Seaborn ilə qabaqcıl vizuallaşdırma, 3D vizuallaşdırma və daha bir çox mövzular tədris olunacaq.
Data Science öyrənməyə yeni başlayanlar, Python istifadə edərək data təhlili etmək istəyən şəxslər, proqramistlər və data mühəndisləri, Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar və böyük həcmli datalarla işləmək istəyən şəxslər, tədqiqatla məşğul olanlar və tələbələr.
Sertifikatlar təlimi müvə əqiyyətlə bitirən şəxslərə təlim sonunda təqdim olunacaq. Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.
Data Science üçün Python
Simplilearn
Bu Data Elmi ilə Python Təlimatı sizə Data Science nədir, data analizi üçün Python-un əsasları, niyə Python öyrənməlisiniz, Python-u necə quraşdırmaq olar, data analizi üçün Python kitabxanaları, Pandas istifadə edərək tədqiqat analizini və ş. anlamaqda kömək edəcək. Video Simplilearn tərəfindən.
Kalkulyator yaradılması
Map və lambda funksiyaların data üzərində tətbiqi.
Numpy kitabxanasının real data üzərində tətbiqi.
RegEx ilə emailin doğruluğunun təsdiqlənməsi.
Real Data Manipulyasiyası və datanın təmizlənməsi.
“Nəqliyyat vasitələri” və “Avtomobillər” verilənlər bazası əsasında siniflərin yaradılması.
Reddit saytından data çəkilməsi.
Analitika sahəsində 5 ildən artıq təcrübə ilə Etibar Hüseynli Bakcell şirkətində “CRM and Churn Retention" şöbəsinin rəhbəri, Sahibkarlığın İnkşafı və Tədqiqat Mərkəzində və Universal Machines MMC-də research analyst, Bakı Mühəndislik Universitetində Statistika müəllimi vəzifəsində çalışmışdır. SPSS, GRETL, SAS, R, Python, Tableau, Excel, SQL-Data Management proqramlarında yüksək bilik və bacarıqlara malikdir. 5 beynəlxalq və 10-dan çox yerli analitika layihəsinə rəhbərlik etmişdir. Bakcell, Beynəlxalq Miqrasiya İdarəsi (IMO) və Hyundai şirkəti daxil olmaqla bir sıra şirkətlərdə data analitikası üzrə məsləhətçidir.
Minurə Hüseynli data sahəsində professional olaraq 4 ildən artıq iş təcrübəsinə sahibdir. Hal-hazırda Elektron Hökumətin İnkişafı Mərkəzində Data Analitik vəzifəsində çalışır. Fərqli sektorlar üzrə bir çox yerli və beynəlxalq data science layihələrində məsləhətçi olaraq çalışmışdır. Layihələrin icrası zamanı 10 nəfərə qədər komandalara rəhbərlik etmişdir. Hal-hazırda bir neçə şirkət üçün data science xidmətləri göstərir. Advanced statistics, Python ilə machine learning, SQL ilə dataların idarə olunması, Tableau və digər BI proqramlarla vizual analitika, datadan stratejik informasiyaların əldə olunması üzrə geniş praktiki biliklərə sahibdir.
Data elmi sahəsində 4 ildən artıq təcrübə ilə Cəlal Rəhmanov Kapital Bank şirkətində “Micro Business Tribe” da “Data Science Expert” vəzifəsini icra edir. Kapital Bankın “Center of Excellence” komandasının “NLP and Aİ” üzrə “Data Scientist”i olmuş və Almaniya kimi avropa ölkəsində xarici mütəxəssislər tərəfindən təqdimatı edilmiş beynəlxalq proyektlərə imza atıb. Bundan əvvəl Yelo Bank’da “CVM and Bİ - Junior Data Scientist” vəzifəsini icra edib. Azərbaycan Süni İntellekt Labaratoriyası, Paşa Bank və “The Sparks Foundation” kimi xarici və yerli şirkətlərdə onsite və remote iş təcrübələri var. Python, Tableau, Dataİku, SQL, GitLab, Docker, SparkMLlib və Kafka kimi texnologiyaların tətbiqi və inteqrasiyası üzrə praktiki bacarıqlara sahibdir.