Bu təlim, sizə özü “düşünən” biznes intellekti vasitəsilə real zamanda real hesabatları hazırlamaqda kömək edəcək. Təlim vasitəsilə siz Power BI proqramının bütün komponentlərini anlayacaq, onların birlikdə necə işlədiyinin şahidi olacaq, cəlbedici vizual dashboardlar hazırlamaq bacarıqları qazanacaqsınız. Bu təlimdə, Microsoft şirkətinin ən son təqdim etdiyi Biznes İntellekt aləti olan Power BI ilə istənilən mənbədən olan datanı asan və tez şəkildə əldə edərək dəqiqələr içərisində mənalı, baxımlı və dinamik hesabatları hazırlamaq üçün tələb olunan texnikalar öyrədiləcək. Üstəlik bunun üçün İT mütəxəssisi və ya texniki dəstək gözləməyə ehtiyacınız olmayacaq.
Təlimdə əsas olaraq hesabat və dashboardları hazırlamaq üçün sadə data analizlərindən mürəkkəb biznes ssenarilərinə qədər lazım olan bütün Power BI komponentləri – Power Query (Get Data & Transform), Power BI Desktop (Data Modeling & DAX, Data Visualization) və hesabatlarınızı paylaşmaq üçün Power BI Service (onlayn web versiya) öyrədiləcək. Təlimdə daha sonra müxtəlif növ qrafik, dashbord və ssenarilər kimi vizuallaşdırma komponentlərindən istifadə və idarəçi, menecer və əlaqədar department işçiləri ilə paylaşılması izah ediləcək. Power BI-ın kompyuter versiyasında (Desktop) hazırlandıqdan sonra hesabat, analiz və daşbordlara həm özünüz, həm də icazə verəcəyiniz işçilər internet browser və mobil telefon vasitəsilə nəzarət edə, interaktiv olaraq dəyişə və bir toxunuşla istədiyiniz məlumatları görə biləcəksiniz. Təlim müddətində öyrədilən bilik və bacarıqları Retail (Satış), Maliyyə, HR, CRM və Telekommunikasiya keysləri üzərində tətbiq edərək mənimsəyəcəksiniz.
İndiyədək Power BI ilə işləməyən və bu proqramın necə istifadə edildiyini öyrənmək istəyənlər,
Power BI-da peşəkar hesabatlar hazırlamaq istəyən Excel istifadəçiləri, Data modelləşdirməsi, dashboard dizaynı bacarıqlarını və BI biliklərini təkmilləşdirmək istəyən data analitiklər,
Marketinq, Maliyyə, Satış və İnsan Resursları və digər sahələrin mütəxəssis və menecerləri, Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs.
Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Data Analyst və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək.
Data Analitikası üçün Power BI
Kevin Stratvert
Bu addım-addım dərslikdə, Microsoft Power BI proqramından cəmi 10 dəqiqə ərzində necə istifadə edəcəyinizi öyrənin. Video Kevin Stratvert tərəfindəndir.
Sessiya 1
Case Study 1
Supermarket Satış məlumatlarından istifadə edərək data transformasiyası.
Sessiya 2
Case Study 2
Property Sales Data üzərində tədris edilən mövzuların real situasiyalar üzərində tətbiqi
Sessiya 3
Case Study 3
Sales Analysis data üzərində tədris edilən mövzuların real situasiyalar üzərində tətbiqi.
Sessiya 4
Case Study 4
Ümumdünya koronavirus məlumatlarının təhlili.