Qərarvermədə datanın çox önəmli olduğu bir dövrdə datanıza hakim olmamaqla nələri itirə biləcəyinizi izah etmək heç də çətin deyil. Dünyaca məşhur "Gartner" reytinqində 5 il ardıcıl olaraq liderliyini əldə saxlayan, interaktiv vizual təsvirin "Qızıl Standartı" hesab edilən Tableau proqramını əhatə edən bu təlim dataya hakim olmaq, yəni onu "görmək" və "anlamaq" prinsiplərinə əsaslanır. Təlim proqramında sadəcə statik qrafik hazırlanması deyil, həm də datanızda gizli olan vacib məlumatı üzə çıxarmaq üçün lazım interaktiv dashboardların hazırlanması nəzərdə tutulub.
Təlim iştirakçıların sadəcə adi rəqəm olaraq görünən datanı marketinq, satış, insan resursları, və s. şöbələrin siyasətlərini müəyyən edərkən yaranan “necə”, ”niyə”, “harada” kimi sualların cavabına, proseslərə nəzarət mexanizminə və ya daha dərin təhlillərə səbəb olan vizual təsvirlərə çevirmə bacarığına yiyələnmələrini hədəfləyib. Vizual təsvirlərin maraqlı nəticələri iştirakçıları daha dərin təhlillər aparmağa sövq etməklə onları daimi inkişafa ruhlandıracaq. Bu təlim həm hesabatlardan məsul şəxslər, həm data analitikası sahəsində özünü inkişaf etdirmək istəyənlər, həm də “Glassdoor”- a görə mütəxəssisinə illik 100.000 dollar gətir gətirən Tableau proqramını öz arsenalına əlavə etmək istəyən hər bir şəxs üçün nəzərdə tutulub.
İndiyədək Tableau ilə işləməyən və bu proqramın necə istifadə edildiyini öyrənmək istəyənlər, Tableau-da professional hesabatlar hazırlamaq istəyən SQL və Excel istifadəçiləri, analitikanı öyrənmək istəyən proqramçılar, data modelləşdirməsi, dashboard dizaynı bacarıqlarını biliklərini təkmilləşdirmək istəyən data analitiklər və Excel istifadəçiləri, marketinq, satış və insan resursları üzrə çalışanlar, Data Analitiklər, Data Analtikasını , Biznes Menecerlər, Biznes Analitiklər, öyrənən və bu sahəyə marağı olanlar və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs və Data Analitikası karyerası qurmaq istəyən hərkəs.
Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified Tableau for Data Analytics və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək.Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.
Data Analitikası üçün Tableau
Tableau Tim
Bu video Tableau platformasını və onun hər biznesdə analitik axına necə uyğun gəldiyini xülasə edir. Video Tableau Tim tərəfindən.
Satış Analizi
Viza Müraciətlərinin Təhlili
Turbocar Avtomobil satışlarının təhlili.
Churn Analizi Dasboardının hazırlanması.
Turizim datasının analizi.
Minurə Hüseynli data sahəsində professional olaraq 4 ildən artıq iş təcrübəsinə sahibdir. Hal-hazırda Elektron Hökumətin İnkişafı Mərkəzində Data Analitik vəzifəsində çalışır. Fərqli sektorlar üzrə bir çox yerli və beynəlxalq data science layihələrində məsləhətçi olaraq çalışmışdır. Layihələrin icrası zamanı 10 nəfərə qədər komandalara rəhbərlik etmişdir. Hal-hazırda bir neçə şirkət üçün data science xidmətləri göstərir. Advanced statistics, Python ilə machine learning, SQL ilə dataların idarə olunması, Tableau və digər BI proqramlarla vizual analitika, datadan stratejik informasiyaların əldə olunması üzrə geniş praktiki biliklərə sahibdir.
Gültəkin Zeynalova QSS analiticsdə ixtisaslaşmış bir mütəxəssisdir. Tableau və Bİ toolları üzrə sertifikatlara və zəngin iş təcrübəsinə malikdir. Məlumatları analiz edərək biznes problemlərinin həllində, Statistics, Python ilə Data Analitikası, SQL ilə dataların idarə olunması, Tableau və digər BI proqramlarla vizual analitika üzrə geniş praktiki biliklərə sahibdir.