Datadan məna çıxarın! Proqnoz verin! Bu proqramda sizi həyəcanlandıracaq praktiki biliklər əldə edəcəksiniz! Təlim müddətində R proqramlaşdırma dilinin fundamental anlayışlarını mənimsədikdən sonra əldə etdiyiniz texniki bacarıqlarla çirkli datanın təmizlənməsi və təhlilini marketinq, maliyyə, biznes, səhiyyə və dövlət qurumlarında real iş mühitində qarşılaşılan problemlərə tətbiq edərək öyrənəcəksiniz.
Bu təlim sizə analitik metodologiyaları sadə və praktiki şəkildə izah etdikdən sonra ən çox istifadə edilən analitik kitabxanaları öyrədəcək, qarışıq və başdöndürən datalarınızın R proqramlaşdırma dili ilə təmizlənməsi, təsviri, onlarla statistik, diaqnostik və analitik metodlardan SHİNY ilə təhlillərinizi applicationa çevirmə bacarıqlarına qədər qərar qəbul etmə sürətinizi artıracaq biliklər öyrənəcək və data elminə sürətli və maraqlı başlanğıc edəcəksiniz!
Data Science öyrənməyə yeni başlayanlar, R proqramlaşdırma dili istifadə edərək data təhlili etmək istəyən şəxslər, Analitikanı öyrənmək istəyən proqramçılar və data mühəndisləri, Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar, böyük həcmli datalarla işləmək istəyən şəxslər, tədqiqatla məşğul olanlar, Data Elmi karyerasına başlamaq istəyən tələbələr və mütəxəssislər.
Təlimi müvəffəqiyyətlə bitirən şəxslərə Certified R for Data Analyst və digər şəxslərə isə iştirakçı sertifikatı təqdim ediləcək.Sağ tərəfdə nümunə sertifikatı görə bilərsiniz.
R ilə Data Analitikası tutorial
freeCodeCamp.org
Bu təlim kursunda R proqramlaşdırma dilini öyrənin. Bu, data elmi sahəsində ən vacib alətlərdən biri olan R dilinin praktiki icmalıdır. Video freeCodeCamp.org tərəfindən.
Case Study 1
R dilində kodlaşdırma praktikası.
Satış datasının analizə hazır vəziyyətə gətirilməsi.
Market datasının vizuallaşdırılması və analizi.
Real datanın təmizlənməsi.
Real data ilə müxtəlif dizaynlı veb tətbiqlərinin yaradılması.
Maliyyə və Data analitikasında ümumi 3 ildən çox təcrübəsi alan Rəsul Səfərəliyev tikinti şirkətlər qrupunda maliyyə analitiki olaraq işləyib. Eyni zamanda, QSS Analytics'də data analitika və layihələrin idarə olunması üzrə təcrübəyə malikdir. O, həmçinin statistik və R proqramlaşdırma dili üzrə Data Science Academy'də təlimçilik fəaliyyəti göstərir.